Bakıda qəzada yük avtomobili aşdı

bakida-qezada-yuk-avtomobili-asdi
Oxunma sayı: 2060

Bakıda yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün günorta saatlarında paytaxtın Xətai rayonunda baş verib. “Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək işıq dirəyinə çırpılıb.

Dirək sınıb, yük avtomobili isə aşaraq yolun sağ hissəsinə düşüb. Bu zaman yolun kənarındakı mini marketə ziyan dəyib. “Ford”un sürücüsü yüngül xəsarət alıb.