“Bakı”da qış əməliyyatı

bakida-qis-emeliyyati
Oxunma sayı: 649

Belə ki, Rumıniyanın “Otselul” klubunun hücumçusu Marius Pena və Antalyadakı təlim-məşq toplanışında bəyənilən türk əsilli hollandiyalı yarımmüdafiəçi Ferdi Elmasla artıq rəsmi müqavilələr imzalanıb. Bu, hər 2 legionerin tibbi müayinədən uğurla keçməsindən sonra gerçəkləşib.

Pena artıq “Bakı”nın məşqlərinə qatıldığı halda, son olaraq Türkiyənin “Karşıyaka” klubunda oynayan Elmas bunu bir qədər sonra edəcək. Belə ki, Antalyada yoxlama oyunlarında forma geyən sol cinah yarımmüdafiəçisi anlaşmaya imza atdıqdan sonra yır-yığış etmək üçün evinə yollanıb və yaxın günlərdə ölkəmizdə olacaq.

Bakılıların bəyəndiyi ispaniyalı yarımmüdafiəçi Mario Martines də artıq ölkəmizdədir. O, bu gün tibbi müayinədən keçib və “zolaqlılar” onun nəticəsini gözləyərək, bundan sonra rəsmi müqavilə imzalayacaq.

Paytaxt klubunun yerli transferlərindən qapıçı Kamran Ağayev hazırda məşqlərində olsa da, hücumçu Rauf Əliyev millinin Dubay toplanışındadır. Milli üzvlərinin keçidi ilə bağlı müqavilə ilə məxsus olduqları “Xəzər Lənkəran” və “Qarabağ”la ilkin razılıq əldə olunub və transferləri rəsmiləşdirmək üçün son detallar qalıb.

Qeyd edək ki, “Bakı”nın mövsümlərarası fasilədə ilk transferi AZAL-dan ayrılan millimizin müdafiəçisi Aqil Nəbiyev olub.