Bakıda qız üstündə qan töküldü

bakida-qiz-ustunde-qan-tokuldu
Oxunma sayı: 6440

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” Teleqraf.com-a istinadən xəbər verir ki, Şıxov çimərliyi ərazisində 1978-ci il təvəllüdlü Məmmədəli Hüseynov tanımadığı şəxslə mübahisə edib. O, dava zamanı bıçaqlanıb. Yaralı sol budun kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məmmədəli Hüseynova tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, onların arasında mübahisə qız üstündə baş verib.

Faktla bağlı cinayət işi başlanıb.