Bakıda qohumu 42 yaşlı qadına təcavüz edib

Bakıda qohumu 42 yaşlı qadına təcavüz edib
Oxunma sayı: 3632

Xəzər rayonunda zorlama hadisəsi baş verib. 

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, Xəzər rayon hüquq-mühafizə orqanlarının məlumatına görə, 42 yaşlı Buzovna qəsəbə sakini İ.Z. bu barədə polis bölməsinə şikayət edib.

Qadın ərizədə göstərib ki, fevralın 11-də, saat 11:30 radələrində öz fərdi evində cinayət qurbanı olub. Cinayətin 1969-cu il təvəllüdlü qohumu Z.Z. tərəfindən törədildiyi bildirilir.

Zərərçəkənin sözlərinə görə, həmin şəxs onunla eyni ünvanda yaşayıb. Şübhəli şəxs hələlik saxlanılmayıb, materiallar araşdırılması üçün rayon prokurorluğuna göndərilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi