Bakıda qonşu-qonşunu bıçaqladı

bakida-qonsu-qonsunu-bicaqladi
Oxunma sayı: 646

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, yanvarın 23-də 1991-ci il təvəllüdlü Bakı sakini - Yasamal rayonu 1-ci Alatava, ev 115-də yaşayan Zəkiyev Zaur Çingiz oğlu aralarında baş vermiş mübahisə zəminində qonşusu 1991-ci il təvəllüdlü Qurbanov Aqşin İlham oğluna bir neçə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.