Bakıda qonşular saçyolduya çıxdı - Biri xəstəxanalıq oldu

bakida-qonsular-sacyolduya-cixdi
Oxunma sayı: 1828

Axşam saatlarında Bakının Nəsimi rayonu, Rəşid Behbudov 64 ünvanında yaşayan 57 yaşlı Abbasova Rübabə Mirseyid qızı qonşuluqda yaşayan qadın tərəfindən döyülüb.

"Qafqazinfo" Oxu.Az-a istinadən xəbər verir ki, yaralı dərhal 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. R.Abbasovaya kəllə-beyin travması diaqnozu qoyulub.

Vəziyyəti qənaətbəxşdir.