Bakıda qumarxana aşkar edildi

bakida-qumarxana-askar-edildi
Oxunma sayı: 649

İyunun 8-i saat 19:20 radələrində Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar Sənan Hacıyev və Fuad Əfəndizadə Anar Abdullayevə məxsus Gənclik küçəsində yerləşən mağazadan diqqəti yayındırma yolu ilə noutbuk oğurladıqları üçün Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşlar.

İyunun 25-i saat 00:10 radələrində Y.Əliyev küçəsində Bakı şəhər sakinləri Mirməhəmməd Salayev idarə etdiyi «Tempra» markalı avtomobillə Vilayət Ələsgərovu vurmuş və o, aldığı xəsarətlərdən yerindəcə ölmüşdür.

Bakı şəhər BPİ İcTİ və Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları Bakı şəhər sakini Vüsal Salmanova məxsus Naxçıvani küçəsi 5-də yerləşən çay evində qumarxana (loto) aşkar etmişlər.

25 noyabr 2010-cu il tarixdə Mərdəkan qəsəbəsi S.Yeseni küçəsində yaşayan Xalid Mirzəyevə məxsus həmin ünvanda yerləşən mağazadan qapını sındırmaq yolu ilə ərzaq məhsulları oğurlanmışdır. Xəzər RPİ NMB və 1-ci PB-nin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini əvvəllər məhkum olunmuş Namiq Qafarov yaxalanmış və onun yaşadığı evin həyətindən 485 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür.

Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olanlar Əli Məmmədov və Məmməd Məmmədov iyunun 24-də tutulmuşdur.

Mayın 8-də Z.Xəlil küçəsində yerləşən mağazada Bakı şəhər sakini Cəmilə Məmmədovaya məxsus içərisində sənədlər, 300 manat və mobil telefon olan əl çantası oğurlanmışdır. Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğuluqda şübhəli bilinən Bakı şəhər sakini Kübra Rzayeva iyunun 24-də yaxalanmışlar.