Bakıda regional konfrans keçirilir

Bakıda regional konfrans keçirilir
Oxunma sayı: 452

Bu gün Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində kibercinayətkarlıq mövzusunda regional konfrans keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, tədbirdə kibercinayətkarlıq və beynəlxalq əlaqələr, elektron sübutlar və rəqəmsal kriminalistika, virtual/kripto valyutalar və informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə çirkli pulların yuyulması və Darnet şəbəkəsindən istifadə etməklə törədilən cinayətlərin istintaqının aparılması məsələləri müzakirə edilib. 

Tədbirdə çıxış edən Baş İdarənin rəhbəri Kamran Əliyev bildirib ki, bu gün kibercinayətkarlıq ən təhlükəli cinayətdir: "Komputer texnologiyalarından istifadə edərək kibercinayətlər törətmək bu gün aktiv mövzudur. Bu tədbir də prokurorluğun təşəbbüsü ilə keçirilir. Buradakı 70-ə yaxın iştirakçıdan 46-ı xarici vətəndaşlardır. Azərbaycan cinayətkarlığın bütün sahələrinə qarşı mübarizə aparır, o cümlədən də kibercinayətkarlığa qarşı. Cinayət bir neçə ölkənin iştirakı ilə törədiləndə daha da təhlükəli olur. Ona görə də Azərbaycan Kibercinayətkarlığa Qarşı Beynəlxalq Konvensiyaya qoşulub. Gələcəkdə də kibercinayətkarlığa qarşı mübarizəni davam etdirəcəyik".

Bundan sonra İdarənin katibi Kamal Cəfərov çıxış edib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi