Bakıda rəsm əsəri oğurlandı

bakida-resm-eseri-ogurlandi
Oxunma sayı: 1060

Bakıda bir neçə gün öncə rəsm əsəri oğurlayan şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, sentyabrın 13-də Səbail rayonunun İçəri Şəhər Kiçik Qala küçəsində yerləşən şirkətlərin birindən 1000 manat dəyərində rəsm əsəri oğurlanıb.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Tərlan Əsgərov saxlanılıb.