Bakıda restoran yandı

bakida-restoran-yandi
Oxunma sayı: 647

Bakıda yanğın hadisəsi qeydə alınıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 200 m2 olan birmərtəbəli mansard tipli restoranın mansardında sahəsi 15 m2 olan mətbəxin dam örtüyünün yanar konstruksiyaları 4 m2 sahədə yanıb.
 
Restoranın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.