Bakıda restoranda 22 min manatlıq narkotik satmaq istədi

bakida-restoranda-22-min-manatliq-narkotik-satmaq-istedi
Oxunma sayı: 2618

Bakıda külli miqdarda heroin satan şəxs yaxalanıb. Binəqədi rayonu ərazisindəki "Göyəzən" restoranında baş verib.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, Bakı şəhər sakini Mirzəyev Fərid Misir oğlunun 1 kiloqram heroini satmaq istəməsi barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə məlumat daxil olub.

F.Mirzəyev adı çəkilən restoranda 1 kiloqram 118,2 qram narkotik vasitə hesab edilən heroini 22 min manata şərti alıcı Mustafayev Elçin Mustafa oğluna satmaq üçün sövdələşib. Sonra onun zəngi ilə Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci dairə ərazisində əmisi oğlu Bayrıyev Müslüm Əhmədağa oğlu həmin narkotik maddəni E.Mustafayevə satarkən polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.