Bakıda restorandan 40 minlik seyf oğurlandı

Bakıda restorandan 40 minlik seyf oğurlandı
Oxunma sayı: 18

Bakıda yerləşən restoranlardan birindən içərisində təxminən 40 min manat olan seyf oğurlanıb.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, mayın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birindən içərisində 38200 manat və 300 ABŞ dolları pul olan seyf oğurlanıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emil Teymurov və əvvəllər məhkum olunmuş Mirzə Mirzəzadə tutulublar.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi