Bakıda robot yarışı

bakida-robot-yarisi
Oxunma sayı: 645

“Qafqazinfo”ya Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, “Xəttin İzlənməsi” adlı bu yarış dünyada ən məşhur robot yarışlarından biridir. Bu yarışda İzləyici robotların vəzifəsi qara xətt üzrə ən sürətli şəkildə hərəkət etməkdir. Lahiyənin məqsədi isə gənclər arasında qabaqcıl texnologiyalardan faydalı istifadənin təbliği və gənclərin akademik biliklərinin real lahiyələrə inteqrasiyasıdır.

Yarış qaydalarını təqdim edirik:
Meydan
1.Meydan 3-10 m² arası sahəsi olan ağ rəngli müstəvidir
2.Meydanda 15mm qalınlığında qara xətt çəkilir
3.Xətt qapalıdır; Yəni xətt sonsuz bir halqa əmələ gətirir.
4.Xəttin minimal döngə radiusu 20 sm-dir.

Robot
1. Robotun maksimum ölçüləri 25x25x25 sm, maksimum çəkisi isə 1 kq-dır.
2. Robot hər zaman xəttin üstündə getməlidir.
3. 24V-dan artıq gərginlik istifadə etmək qadağandır.
4. Robotun başla və dayan düyməsi olmalıdır.

Yarışma
1.Robotlar xətt üzrə müəyyən istiqamətdə hərəkət edərək yarışırlar.
2.Vaxt hakim tərəfindən qeydə alınır.
3.Hər robotun 3 cəhdi var və bunlardan ən yaxşı nəticə hesaba alınır.
4.Ən yaxşı vaxt göstəricisi olan robot qələbə qazanır.

Yatışmaya qatılmaq üçün electron müraciət ərizəsini doldurmaq lazımdır. http://thecesworld.org/site/app_form/azrobotex/index.html
Seçilmiş müraciətçilər müsahibəyə dəvət olunacaq. Müsahibəni uğurla başa vurmuş iştirakçılara mühəndislər tərəfindən texniki təlimlər keçiriləcək.
Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Yarışın sonunda qalibə mükafat təqdim ediləcək.

Sevinc