Bakıda Rostropoviç Festivalı keçiriləcək

bakida-rostropovic-festivali-kecirilecek
Oxunma sayı: 636

2017-ci il 23-27 aprel tarixində Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda IX Beynəlxalq Rostropoviç Festivalı keçiriləcəkdir.

“Qafqazinfo” xəbər verir ki, festivalda xarici ölkələrdən dünya şöhrətli musiqiçi və kollektivlər-Rusiyanın əməkdar kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestri, “Vyana-Berlin” Kamera Orkestri, “Drezden Ştaatskapella”, SSRİ Xalq artisti Yuri Temirkanov və başqaları iştirak edəcəklər.

Proqram:

Azərbaycan Dövlət Filarmoniyası, Saat 19.00

23 aprel – Festivalın açılışı, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti

24 aprel –  “Vyana-Berlin” Kamera Orkestrinin konserti (video çəkilişə tədbirin yalnız ilk 10 dəqiqəsində icazə veriləcəkdir, foto çəkiliş isə qadağandır)

25 aprel – “Drezden Ştaatskapella”nın konserti (video çəkilişə tədbirin yalnız ilk 10 dəqiqəsində icazə veriləcəkdir, foto çəkiliş isə qadağandır)
 
Heydər Əliyev Sarayı, Saat 19.00

26 aprel – Rusiyanın Əməkdar Kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestrinin konserti  

27 aprel – Festivalın təntənəli bağlanışı. Rusiyanın Əməkdar Kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestrinin konserti