Bakıda ruhi əsəb xəstəsi olan qız itkin düşdü

bakida-ruhi-eseb-xestesi-olan-qiz-itkin-dusdu
Oxunma sayı: 2368

Bakıda gənc qız itkin düşüb. 

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi ev 24 a-da yaşayan Məmmədova Tahirə Nəriman qızı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 1993-cü il təvəllüdlü Hacıyeva Aygün Nüsrət qızı avqustun 28-də gecə saat 23 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Məlumata görə, A.Hacıyeva ruhi əsəb xəstəsidir.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsində araşdırma aparılır.