Bakıda Rusiya vətəndaşının meyiti tapıldı - Yenilənib

bakida-rusiya-vetendasinin-meyiti-tapildi-yenilenib
Oxunma sayı: 679

Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 1980-ci il təvəllüdlü Tinko Anjelanın meyiti şişmiş və iylənmiş halda yaşadığı evdə tapılıb.

Meyitə baxış zamanı üzərində xəsarətlər aşkarlanıb. Onun qətlə yetirildiyi müəyyən edilib.

Rayon prokurorluğundan bildirilib ki, Tinko Anjela Rusiya vətəndaşı olub və bir neçə dəfə müəyyən müddətlərdə Azərbaycanda yaşayıb.
Onun Elxan Həsənov adlı biri ilə qeyri-rəsmi nikahda olduğu bildirilir. Mərhumun meyitində çürümə getdiyindən onun necə öldürülməsi barədə hələlik dəqiq məlumat yoxdur.

Meyit ekpertizaya göndərilib. Qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyini müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri aparılır.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci) maddəsi ilə cinayət işi başlanıb.


***
Bakıda rusiyalı qadının qətli ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. Milli.Az-ın Binəqədi Rayon Polis İdarəsindən əldə etdiyi məlumata görə, Rusiya vətəndaşı olan mərhum Anjela Tinko Aleksandrovnanı Bakıya azərbaycanlı Elxan Həsənova olan sevgisi gətiribmiş. Ay ərzində bir və ya iki dəfə Bakıya gələn Anjela Binəqədi rayonu ərazisində mənzil kirayələyərək Elxanla görüşür, bir neçə gün qaldıqdan sonra yenidən vətəninə qayıdırmış.

Anjela son dəfə Bakıya gələn zaman qonşularla söhbətində Elxanın həddindən artıq içki içməyindən, dostlarını başına toplayaraq içki məclisi qurmasından, hətta ona olan sevgisinin azalmasından şikayətlənib. Həmin şikayət dolu söhbətdən sonra Anjelanı bir daha görən olmayıb. Ötən gün isə mənzildən pis qoxu gəlməsini hiss edən qonşular polisə məlumat veriblər və mənzildən qızın meyiti şişmiş halda tapılıb.

Meyitin üzərində əlbəyaxa davanın əlamətlərini göstərən izlər olub. Hazırda E.Həsənovun tutulması istiqamətində axtarış gedir.