Bakıda şaxta baba və qar qızlar imtahan verdi

bakida-saxta-baba-ve-qar-qizlar-imtahan-verdi
Oxunma sayı: 5095

ANS TV-nin məlumatına görə, Dənizkənarı Bulvar İdarəsi tərəfindən keçirilən imtahanda kəsilən olmayıb. Verilən suallara cavab tapılmasa belə.

İmtahanda onlardan uşaqları necə əyləndirəcəkləri, nağıl bilib bilməmələri və s. soruşulub.
İmtahanı müvəffəqiyyətlə başa vuran şaxta baba və qar qızlar yolkanın ətrafına yığışıb rəqs etməyə başlayıblar.

26 yaşlı Ruslan Qarayev şaxta babalığı məhz yeni ilini fərqli keçirmək və balacaları əyləndirmək üçün qəbul edib: “Birinci ildir ki, işləyəcəyəm. Uşaqları oynadıram, şeir, nağıl deyirəm”.

21 yaşlı Aynurə Muradova da qar qız olmağı çox sevir: “Özüm firmada ekspeditor işləyirəm, uşaqları əyləndirmək üçün gəlmişəm. Uşaqları çağıracam, oynadacam”.

Şaxta baba və qar qızların demək olar ki, hamısı 25-30 yaşlarında idilər. Aralarında ən qocamanı və stajlısı 28 yaşlı Tural idi. O artıq III ildir ki, yolka ətrafında uşaqları əyləndirir.

Qısası artıq Milli Pakrda qurulan yolkaların ətrafında şaxta baba və qar qıza rast gəlmək olar.

Xatırladaq ki, şaxta baba və qar qızların seçimi həm də Bakı şəhər İcra Hakimiyyətinin ticarət və xidmət departamenti tərəfindən aparılır. Həmin şaxta baba və qar qızlar şəhərin parklarında fəaliyyət göstərəcəklər. Təki onların göstərəcəkləri şou da yaddaqalan və inandırıcı olsun. Yəni, uşaqlar şaxta babanın qarlı dağlar aşdığına, çox yerlər dolaşdığına inana bilsinlər.