Bakıda saxta diplom satan qadın tutuldu

bakida-saxta-diplom-satan-qadin-tutuldu
Oxunma sayı: 637

Bakıda qadın cinayət başında qandallanıb. Daxili İşlər Nazirliyindən milli.az-a verilən məlumata görə, Bakı sakini, 42 yaşlı Təranə Abdullayeva ali məktəbə məxsus saxta diplom hazırlayıb. O, həmin diplomu 7000 manata satarkən tutulub.

Qeyd edək ki, T.Abdullayeva əvvəllər də cinayət əməlinə görə məhkumluq həyatı yaşayıb. Faktla bağlı cinayət işi başlanıb.