Bakıda, səfirliyin qarşısında güllələnmə- - Yenilənib

bakida-sefirliyin-qarsisinda-gullelenme-
Oxunma sayı: 3307


Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsindən ANS PRES-ə verilən məlumata görə, Vəfadar adlı şəxs tapança ilə bel nahiyyəsindən güllələnib. Ağır güllə yarası alan həmin şəxs Kliniki Tibbi Mərkəzə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. 

Vəfadar adlı şəxsi güllələyəni isə yaxınlıqda olan polis əməkdaşları tərkisilah edə bilib. Həmin şəxs polis tərəfindən tutulub. Araşdırmalar zamanı onun Anar Aqil oğlu Xəlilov olduğu məlum olub. Dərhal əməliyyat qrupu hazırlanıb. Meyit müayinə üçün Potoloji Anatomiya Birliyinə aparılıb. 

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

***

Bakıda baş verən silahlı insidentin səbəbləri məlum olub. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Anar Xəlilovun əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılıb və güllə Vəfədar Məmmədova dəyib. Bel nahiyəsindən güllə yarası alan V. Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 
Polisdən həmçinin bildirilib ki, hazırda hadisəni törədən A. Xəlilovun ifadəsi alınır. Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.