Bakıda səhər tezdən bomba xəbəri yayıldı

bakida-seher-tezden-bomba-xeberi-yayildi
Oxunma sayı: 695

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daxili İşlər Nazirliyindən daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonundakı 3 körpüyə partlayıcı qurğu qoyulub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görmüş və əraziyə baxış keçirmişlər. Nəticədə, qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib.

Əməliyyat saat 06:52-də başa çatıb.