Bakıda sementlə dolu yük maşını belə aşdı - Fotolar

bakida-sementle-dolu-yuk-masini-bele-asdi
Oxunma sayı: 2957

Bakı-Qazax yolunun 44-cü kilometrliyində betonqarışdıran maşın aşıb. 
 
“Qafqazinfo”nun Lent.az-a istinadən verdiyi xəbərə görə, təxminən iki saat əvvəl “99 JM 011” dövlət nömrə nişanlı nəqliyyat vasitəsi aşıb. Nəqliyyat vasitəsi ciddi ziyan görüb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. 
 
Nəticədə Bakı-Qazax yolunun qəza baş verən hissəsində avtomobillərin hərəkətində problem yaranıb. 
 
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

***

Bakı-Ələt-Astara yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

Trend-in məlumatına görə, Qaradağ postu yaxınlığında Ələt istiqamətindən Bakıya doğru hərəkət edən, “Qaradağ Sement” ASC-yə məxsus betonqarışdıran maşın idarəetməni itirərək aşıb.

Qəza nəticəsində Ələt istiqamətindən Bakıya giriş bağlanıb.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib, hazırda yolda avtomobillərin hərəkətinin təmin edilməsi istiqamətində tədbirlər görülür.