Bakıda sərnişin avtobusu yandı - Video

bakida-sernisin-avtobusu-yandi
Oxunma sayı: 2931

Bakıda marşrut avtobusu yanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bir neçə dəqiqə əvvəl Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində baş verib.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirib ki, yanğın hadisəsi Bakıxanov-28 May metrostansiyası istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda olub. 

Müəyyən edilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan avtobusda baş verib. Mühərrik hissəsində qısaqapanma olub. Avtobusda sərnişin olmayıb.