Bakıda sərnişinlər həyatlarını təhlükəyə atdı - Video

bakida-sernisinler-heyatlarini-tehlukeye-atdi
Oxunma sayı: 3581

Sərnişinlər avtobusun qapısından bayırda sallanaraq gediblər.

“Qafqazinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, video “Memar Əcəmi” metrosundan Höküməli qəsəbəsinə hərəkət edən 156 saylı marşrut avtobusunda çəkilib.

Marşrut avtobusunun sürücüləri pik saatlarda sıxlığın çox olduğunu, ancaq qapını bağlamadan hərəkət etmədiklərini deyiblər.

Bəzi sərnişinlər də pik saatlarda avtobusun dolu olduğunu, ancaq qapıdan sallanma hadisəsi ilə sıx-sıx qarşılaşmadıqlarını söyləyiblər.

Marşrut avtobusunun sahibkarının verdiyi məlumata görə isə, pik saatlarda bəzi sərnişinlər qayda-qanunlara tabe olmur və avtobusun qapısından sallanaraq getməkdə israr edirlər. Ancaq marşrut xəttində çalışan sürücülər qayda-qanunla hərəkət etmək üçün əllərindən gələni edirlər.

Qeyd edək ki, qapısı açıq formada hərəkət edən avtobus sürücləri 3 bal və 60 manat miqdarında cərimə edilə bilərlər.