Bakıda sərnişinlərə bayraq hədiyyə edildi - Fotolar

Bakıda sərnişinlərə bayraq hədiyyə edildi
Oxunma sayı: 1297

“Xaliq Faiqoğlu” MMC 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar aksiya keçirib.

“Qafqazinfo” xəbər verir ki, şirkətin əməkdaşlarından ibarət mobil qruplar 18, 61, 65 və 85 saylı marşrut xətləri üzrə hərəkət edən avtobusarda 200-dən çox sərnişinə masaüstü istifadə üçün nəzərdə tutulmuş bayraqlar hədiyyə edib.

Aksiya vaxtı şirkət əməkdaşları sərnişinlərlə söhbət edərək onların irad və təkliflərini yerindəcə dinləyiblər.

“Xaliq Faiqoğlu” şirkəti Azəbaycan xalqını Dövlət Bayrağı günü münasibətilə təbrik edir, üçrəngli bayrağımızın ən yaxın zamanda tamamilə işğaldan azad edilmiş Qarabağ torpaqlarında dalğalanmasını arzu edir.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi