Bakıda sərxoş kişi intihara cəhd edib

bakida-serxos-kisi-intihara-cehd-edib
Oxunma sayı: 645

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Zabrat 1 qəsəbəsi, 1 Oktyabr küçəsi, ev 32 ünvanında 1959-cu il təvəllüdlü Kərimov İkrəm Nurbəy oğlu sərxoş vəziyyətdə öz qarın nahiyəsinə iki bıçaq zərbəsi endirib.

Nəticədə o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.