Bakıda sevgililər kirayə qaldıqları evdən oğurluq ediblər

bakida-sevgililer-kiraye-qaldiqlari-evden-ogurluq-edibler
Oxunma sayı: 2296

Bakı sakini evində baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə şikayət edib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, 1946-cı ildə anadan olmuş Şərifov Möhübbət Nemət oğlu polisə şikayətində Naximov küçəsi döngə 2, ev 38 ünvanında kirayə verdiyi mənzildən kirayənişinlərin oğurluq etdiyini bildirib.

O deyib ki, evində kirayədə yaşayan gənc sevgililər: 1994-cü il təvəllüdlü Tural Həsənovla 1997-ci ildə anadan olmuş Əfsanə Kərimova evdən 2 ədəd perforator, 1 ədəd laqunda, pensiya kartı, ev sahibinə və həyat yoldaşına məxsus geyim əşyalarını götürərək qaçıblar.

Müraciət əsasında araşdırma aparılır.