Bakıda sex yandı

bakida-sex-yandi
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 320 kv.m olan ikimərtəbəli qapı-pəncərə sexinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları, içərisindəki taxta məmulatlar 140 kv.m sahədə yanıb, yüksək temperaturdan binanın dəmir konstruksiyalardan ibarət dam örtüyü deformasiyaya uğrayıb. Birinci mərtəbə və bitişik sexlər yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.