Bakıda sexdə yanğın, 2 nəfər yaralandı

bakida-sexde-yangin-2-nefer-yaralandi
Oxunma sayı: 749

Bakıda metaləritmə sexində yanğın nəticəsində 2 nəfər xəsarət alıb.

“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan metaləritmə sexində baş verib. Nəticədə sexin ərazisində 10 m2 sahədə stol-stul, 1 ədəd rəf və 1 ədəd  elektrik lövhəsi yanıb.

Yanğın zamanı 2 nəfər yanıq xəsarətləri alıb.  

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.