Bakıda silah-sursat tapıldı

bakida-silah-sursat-tapildi
Oxunma sayı: 638

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən Bakı şəhəri, Xətai rayonunda, dəniz limanında qazıntı işləri aparılan zaman döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hadisə yerinə baxış keçirən zaman istifadəyə yararsız 1 ədəd 100 mm-lik top mərmisi aşkar edilib və aidiyyəti üzrə təhvil verilib.

Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 18:56-da başa çatıb.