Bakıda silah-sursat tapıldı

bakida-silah-sursat-tapildi
Oxunma sayı: 634

“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nizami rayonunda döyüş sursatı aşkarlanıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanan sursata baxış keçiriblər. Mütəxəssislər tərəfindən 2 ədəd 100 millimetrlik təlim üçün top mərmisi aşkar edilərək götürülüb.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya etməyiblər. Əməliyyat saat 13:09-da başa çatıb.