Bakıda silahlı insident - 2 ölü

bakida-silahli-insident-2-olu
Oxunma sayı: 686

Qətli törətməkdə şübhəli bilinən şəxs tutulub. Hadisə barədə ətraflı açıqlama verilmir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

Qanlı hadisə zamanı yaralanan şəxsin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub. Yaralının aparıldığı 3 saylı Klinik Xəstəxanadan Milli.az-a bildirilib ki, dünən saat 19.00 radələrində 45 yaşlı Bəhruz Firuz oğlu Zeynalov ağır güllə yarası ilə xəstəxanaya gətirilib. Döş qəfəsi və boynunda güllə yarası alan B.Zeynalov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

***

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Türkan qəsəbə sakini, 31 yaşlı Cabbar İbrahimov ov tüfəngi ilə qonşuları, 1968-ci il təvəllüdlü Elman Zeynalov, onun qardaşları, 1970-ci il təvəllüdlü Taleh Zeynalovu və 1972-ci il təvəllüdlü Bəhruz Zeynalovu güllələyib.

Elman və Taleh Zeynalovlar aldıqları güllə yarasından ölüblər, B.Zeynalov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən C. İbrahimov polis tərəfindən saxlanılıb.

İnsidentə qonşular arasındakı torpaq mübahisəsi səbəb olub.

Baş vermiş hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanılıb.

Hələlik rəsmi qurumalrdan silahlı insidentin kimlərin arasında baş verməsi, ümumiyyətlə baş verən olayla bağlı heç bir açıqlama verilməyib.