Bakıda silahlı şəxs saxlanıldı

bakida-silahli-sexs-saxlanildi
Oxunma sayı: 1580

Bakıda üzərində odlu silah-sursat gəzdirən və narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, paytaxt sakini, əvvəllər məhkum olunmuş Rüfət Quliyevdə odlu silah-sursat olması barədə polisə məlumat daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança və içərisində 1 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sursatın ona məxsus olduğunu etiraf edib. 

Narkotik vasitələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər saxlanılıb. Nəticədə Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Mehrac Zərbalıyev, Tural Quliyev və Gəncə şəhər sakini Ruhin Şabanov saxlanılıb. Onlardan ümumilikdə 12 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 1 ədəd bıçaq aşkar olunaraq götürülüb.

Saxlanılanların şəxsiyyətləri və kriminal keçmişə malik olmaları nəzərə alındığından onların digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. 

Murad Əhməd