Bakıda silahlı şəxs saxlanılıb

bakida-silahli-sexs-saxlanilib
Oxunma sayı: 1770

Bakıda üzərində qanunsuz olaraq “Makarov” markalı tapança gəzdirən şəxs saxlanılıb. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi ərazisində Anar adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə məlumat daxil olub. Həmin şəxs – Bakı şəhər sakini Anar Əliyev saxlanılıb. 

Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman içərisində 3 ədəd patron olan “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silahı bir müddət əvvəl yaşadığı Maştağa qəsəbəsində tapdığını və həmin gündən bəri üzərində gəzdirdiyini bildirib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq. 

Murad Əhməd