Bakıda şirkətə silahlı basqın, mühasib bıçaqlandı - Video

bakida-sirkete-silahli-basqin-muhasib-bicaqlandi
Oxunma sayı: 4901

Bakıda turizm şirkətinə basqın olub.

“Qafqazinfo”nun “Xezerxeber.az”a istinadən məlumatına görə, hadisə ötən gün paytaxtın Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsi 15 ünvanındakı turizm şirkətinin ofisinin qarşısında baş verib.

Məlumata görə, şirkətin mühasibi Tərxan Namazov külli miqdarda pulla ofisdən çıxıb avtomobilinə tərəf gedərkən maskalı şəxs ona hücum edərək bıçaqla bir neçə zərbə vurub. O, əlindəki pul olan çantanı alıb qaçmaq istəsə də, Tərxan silahlı şəxsə müqavimət göstərib. Bu səbəbdən də o, çox bıçaq zərbəsi alıb.

Ağır yaralı Tərxan Namazovu yaxınlıqdakı taksi sürücülərindən biri dərhal 1 saylı şəhər kliniki tibbi mərkəzə aparıb. O, dərhal əməliyyat edilib.

Həkimlərin verdiyi məlumata görə, onun bədəninin müxtəlif nahiyyələrindən 10-a yaxın bıçaq zərbələri aşkar edilib. Hazırda Tərxan Namazov reanimasiya şöbəsində həkim nəzarəti altındadır.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsindən verilən məlumata görə, hadisə ilə əlaqədar hələ ki, saxlanılan yoxdur. Amma əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: