“Bakıda siyasi qətiyyət qıtlığı var”

bakida-siyasi-qetiyyet-qitligi-var
Oxunma sayı: 645

. “Qafqazinfo”nun məlumatına görə, İlqar Məmmədov Qəbələ RLS-nin Ermənistan maraqlarına xidmət etdiyini hər hansı ekspert və ya şərhçinin deyil, bu dövlətin yüksək dövlət və hərbiyyə rəsmilərinin dilə gətirdiyini deyib: “İndiyədək REAL hərəkatının Qəbələ radarına dair təşəbbüsünün əsaslandırmasına şübhə ilə yanaşanlar üçün də aydın oldu ki, Bakıda qıtlığı hiss olunan heç də tutarlı dəlil-sübut deyil, siyasi qətiyyətdir”.

Xatırladaq ki, 2011-ci ilin mayında “REAL” Hərəkatı gələn ilin sonunda icarə müddəti bitən Qəbələ radarının fəaliyyət müddətinin uzadılması şərtlərini irəli sürmüş və bildirmişdi ki, Rusiya Ermənistana uyğun təsir göstərməklə Azərbaycanın İranla sərhəd rayonlarının işğaldan tezliklə azad olunmasını təmin etsin:

“İndiyədək təşəbbüsümüzü bir neçə istiqamətdən tənqid edirdilər. Kimsə deyirdi Qəbələ RLS Rusiya üçün o qədər də önəm daşımadığı üçün, belə şərtin irəli sürülməsi təsirli olmaz. Lakin bu yaxınlarda, həm NATO Baş katibi, həm də Rusiya müdafiə naziri bildirdilər ki, NATO və Rusiya arasında raketlərdən müdafiə sisteminə dair fikir ayrılığı dərinləşir və artıq prinsipialdır. Elə isə, Qəbələ radarının önəmi də Rusiya üçün çox daha yüksəkdir”.

İ.Məmmədov Ermənistan Müdafiə nazirinin 1-ci müavininin dünənki etirafından sonra hər şeyin Bakının qətiyyətindən asılı olduğunu və iqtidarı qətiyyət göstərməyə çağırıb.