Bakıda soyğunçu dəstə tutuldu

bakida-soyguncu-deste-tutuldu
Oxunma sayı: 2214

Aprelin 13- saat 1 radələrində Zabrat qəsəbəsi ərazisində də 6 nəfər naməlum şəxs Bakı şəhər sakini Ceyhun Novruzovun idarə etdiyi “Mercedes” markalı avtomobilinə yaxınlaşaraq Binəqədi qəsəbəsinə gedəcəklərini deyib, etiraz etdikdə isə onu döyərək mobil telefonunu alıblar.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İlfat Qasımov, Elşad İsmayılov, Murad Muradov, Vasif Vəlizadə, əvvəllər məhkum olunmuş Orxan Vəlizadə və Füzuli rayon sakini Rəşad Əliyev saxlanılıb. Onların qəsəbə ərazisində digər “Mercedes” markalı avtomobilin sürücüsü Səxavət Piriyevə qarşı da eyni üsulla cinayət törətdikləri müəyyən edilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Murad Əhməd