Bakıda soyğunçular həbs edildi

bakida-soyguncular-hebs-edildi-
Oxunma sayı: 647

Məlumata görə, fevralın 28-i saat 22:30 radələrində Bakı – Buzovna yolunda Bakı şəhər sakini Elvin Əliyev idarə etdiyi «VAZ-2107» markalı avtomaşınla Tahir Mürvətovu vurub, sonuncu hadisə yerində ölüb.

Fevralın 24-ü saat 21:00-dan fevralın 25-i saat 09:00-dək olan müddətdə Zirə qəsəbəsi, Natəvan küçəsində yaşayan Natəvan Əliyevanın evindən qıfılı sındırma yolu ilə sənədlər, 200 manat, ev əşyaları və ərzaq məhsulları oğurlanıb. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Qorxmaz Şərifov fevralın 28-də tutulub.

Binəqədi RPİ CAŞ və 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri – Balaqardaş Qədimov, Əli Əliyev və Fərhad Məmmədov fevralın 28-də tutulub. Araşdırmalar zamanı məlum olmuşdur ki, onlar fevralın 20-nə keçən gecə Ə.Naxçıvani küçəsində İsa Rüstəmova məxsus «VAZ-21043» markalı avtomaşından açarseçmə yolu ilə maqnitafon, fevralın 25-nə keçən gecə isə C.Hacıbəyli küçəsində Əhməd Muradlıya məxsus «Mercedes» markalı avtomaşından şüşəni sındırma yolu ilə 100 manat oğurlamışlar. Bundan başqa, yaxalanan F.Məmmədov fevralın 26-na keçən gecə Ə.Naxçıvani küçəsində Bəxtiyar Səmədova məxsus «VAZ-2105» markalı avtomaşından şüşəni sındırma yolu ilə iki ədəd səsgücləndirici götürmüşdür.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabirabad rayon sakini İntiqam Nəsirovdan 150 qram, Bakı şəhər sakini Kamran Əmiranovdan isə 420 qram marixuana aşkar edilərək götürülüb.