Bakıda söyüş üstündə kütləvi dava - Xəsarət alan var

Bakıda söyüş üstündə kütləvi dava
Oxunma sayı: 20

Bakının Sabunçu rayonunda qonşular arasında söyüş üstündə kütləvi dava baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Maştağa qəsəbəsi, "Gülçülük Sovxozu" kimi tanınan ərazidə 1970-ci il təvəllüdlü Əliyev Həsən Yaşar oğlu qonşuluqda yaşayan şəxslərə söyüş söydükləri üçün irad tutub.

Nəticədə o, dörd nəfər tərəfindən küt alətlə döyülüb. H.Əliyev ağır kəllə-beyin travması və bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi