Bakıda stadiondakı dava ilə bağlı - Açıqlama

bakida-stadiondaki-dava-ile-bagli-aciqlama
Oxunma sayı: 640

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahibov deyib. O, öz açıqlamasında ümumilikdə oyunun gərgin keçdiyini və bunun da tam normal olduğunu vurğulayıb: “Nəzərə almaq lazımdır ki, görüş turnir cədvəlində II və III yerdə olan komandalar arasında keçirilib. Bu cür gərgin halların yaşanmasını gözləmək olardı.

Oyun zamanı baş verən dava barəsində də danışan mətbuat xidməti rəhbəri onu da bildirib ki, burada böyüdüləcək elə bir şey yoxdur: “Sadəcə olaraq Rəşad Sadıqovla Robertinyo arasında baş verən gərginlik stadionda izdihamın yaranmasına səbəb oldu. Bundan sonra bir qədər gərginlik baş verdi, polislər stadiona daxil oldu. Ancaq heç kim həbs olunmayıb, gərginlik elə stadionda başlayıb, stadionda da başa çatdı”.

İqbal