Bakıda süpürgəçini maşın vurdu

Bakıda süpürgəçini maşın vurdu
Oxunma sayı: 1273

Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza zamanı süpürgəçi işləyən 1965-ci il təvəllüdlü Muradova Almagül Pirağa qızı ağır xəsarət alıb.

Vəziyyəti ağır olduğu üçün o, 3 saylı şəhər kliniki xəstəxanasının reanimasiya şöbәsinә yerləşdirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi