Bakıda Suriya aksiyası

bakida-suriya-aksiyasi
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi xəbərə görə, aksiyada 20-yə yaxın hərəkat üzvü iştirak edib. Aksiyanı keçirməkdə məqsəd bir ilə yaxındır ki, Suriyada sivil vətəndaşlarla hakimiyyət arasında olan qarşıdurmanın böyüməsi, bu qarşıdurmadan minlərlə insanın həlak olması, lakin bütün bunlara baxmayaraq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çinin Suriya diktatoru Bəşər Əsədin əleyhinə hazırlanmış qətnamələrə qarşı çıxaraq, bu rejimə açıq dəstəyini pisləmək olub.

Aksiya iştirakçıları əllərində ingilis dilində yazılmış şüarlar qaldırıb və üzərində Çin mütəfəkkirlərinin adları yazılmış köynəklər geyiniblər.

Aksiyaya polis müdaxilə etmək istəsə də heç bir qarşıdurma olmadan uğurla başa çatıb. Sonda aksiya iştirakçıları aksiyanın bəyanatını səsləndiriblər.