Bakıda sürücü məktəbli qızı maşınla vurub qaçdı - Foto

bakida-surucu-mektebli-qizi-masinla-vurub-qacdi
Oxunma sayı: 2858

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının yaxınlığında məktəblinin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

“Qafqazinfo” Azxeber.com-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında yaşanıb.

Yüksək sürətlə hərəkətdə olan avtomobil yolu keçmək istəyən məktəblini vurub. Hadisə nəticəsində azyaşlı qız xəsarətlər alıb.

Hadisə yerinə təcili tibbi yardım maşını cəlb edilsə də, yaralıya vətəndaşlar tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra o, xəstəxanaya qaldırılıb.

Məlumata görə, hadisə dərs çıxışı zamanı baş verib. Yolu keçmək istəyən məktəbli qız yüksək sürətlə hərəkət edən avtomobilin altında qalıb. Sürücü hadisəni törətdikdən sonra qaçıb.