Bakıda taksi şirkətinin maşını qəza törətdi - Fotolar

Bakıda taksi şirkətinin maşını qəza törətdi
Oxunma sayı: 732

Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində yol qəzası baş verib.

“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, qəza *8555 “Ailə Taksi” şirkətində xidmət göstərən “Hyundai” markalı avtomobilin iştirakı ilə olub. 

Belə ki, taksi sürücüsünün maşını yüksək sürətlə hərəkət edən digər “Hyundai” markalı minik maşını ilə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da maşınlara ziyan dəyib. 

Hadisə ilə bağlı araşdırma aparılır.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi