Bakıda taxta bazarında yanğın - Fotolar+Video+Yenilənib

bakida-taxta-bazarinda-yangin
Oxunma sayı: 8487

Nərimanov rayonu, “Baksol” yolunda yerləşən taxta bazarında yanğın başlayıb. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva “Qafqazinfo”ya bildirib ki, yanğınla əlaqədar hazırda Fövqəladə Hallar Nazirliyinə üçüncü çağırış olub.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb edilib.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, yanğınla bağlı hadisə yerinə 10 Təcili Yardım Maşını göndərilib. Hələlik təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib.

***

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyevlə yanaşı, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də hadisə yerindədir. İlkin məlumata görə, yanğının başlamasına səbəb elektrik naqillərində olan qısaqapanmadır. 

***

Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.  Onun sözlərinə görə, yanğın üç saatdan çox davam edib. Yanğının sahəsi, təxminən, 1500 kvardratmetrdən artıqdır. 

Günel Hacı

Fotolar: Nuran Məmmədov