Bakıda tək böyrəkli körpə doğuldu - Video

Bakıda tək böyrəkli körpə doğuldu
Oxunma sayı: 1149

Paytaxt xəstəxanalarının birində tək böyrəkli körpə dünyaya gəlib.

“Qafqazinfo”nun “Xezxerxeber.az”a istinadən məlumatına görə, körpənin vəziyyətinin pisləşdiyini görən valideynləri dərhal həkimə müraciət etməli olublar. Bakıda yaşanan hadisə zamanı həkimlər körpəyə təcili cərrahi müdaxilə etməli olublar.

Adətən belə uşaqların yaşama şansı az olmasına baxmayaraq, əməliyyat uğurla keçib və uşağın həyati təhlükəsi geridə qalıb. Uşaq uroloq cərrahı Fuad Hüseynov uşağın tək böyrəyinin də normal vəziyyətdə olmadığını deyib.

Fuad Hüseynov bildirib ki, uşağa zərər vermədən xüsusi üsulla böyrəyə müdaxilə edilib və bu orqanın normal vəziyyətdə təmin edilməsi üçün lazımi tibbi addımlar atılıb. Nəticədə uşağın vəziyyəti normallaşıb.

Həkimin sözlərinə görə, uşağın 1 yaşı tamam olana qədər heç bir problem olmayacaq. Ancaq 1 yaşında yenidən yoxlama aparılacaq. Ehtiyac olarsa, uşağın normal yaşamasını təmin etmək üçün böyrək köçürülməsinə qərar veriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi