Bakıda tennis turniri keçirilir - Video

Bakıda tennis turniri keçirilir
Oxunma sayı: 1360

Bakıda ilk dəfə həvəskarlar arasında “Araz Motors”un sponsorluğu ilə böyük tennis turniri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, təşkilatçılar turnirin ölkəmiz üçün böyük hadisə olduğunu bildiriblər. 

Turnirdə iştirak edən Ağasəməd Səmədov 90-cı illərin ortalarında BP-nin belə turnir keçirdiyini söyləyib. O, "Ümid edirəm ki, tennis Azərbaycanda daha da populyar olacaq. Bu cür turnirlərin keçirilməsini alqışlayır, təşkilatçılara və sponsorlara minnətdarlığımı bildirirəm. Xüsusilə turnirin keçirilməsinin ən böyük təşəbbüskarı “Araz Motors”un rəhbərinə də təşəkkür edirəm.", -deyə bildirib.

Gələcəkdə əcnəbi iştirakçıların da turnirə cəlb ediləcəyi vurğulanıb.

Turnirin finalının sentyabrın 4-də keçiriləcəyi bildirilib.





















Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi