Bakıda təzə bəy qəzaya düşdü

bakida-teze-bey-qezaya-dusdu
Oxunma sayı: 640

Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Gəncə prospektində baş vermiş qəzada 5 avtomobil toqquşub.

Qəzada Sevindik İsmayılovun idarə etdiyi “Mercedes”, Kamil Səfərova məxsus “VAZ 2107” markalı maşınlar toqquşub. Zərbənin təsirindən həmin avtomobillər idarəetmədən çıxaraq yol kənarındakı “VAZ 2107”, başqa bir “Mercedes” və “Chery” markalı avtomobilə çırpılıb.

Qəza zamanı cəmi 10 gün əvvəl toyu olan Tural Nəcəfov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.