Bakıda tibbi turizm konfransı keçiriləcək

bakida-tibbi-turizm-konfransi-kecirilecek
Oxunma sayı: 919

20-24 sentyabr  tarixlərində Türkiyənin Dənizli-Pamukkale vilayətində Türkiyə İqtisadiyyat Nazirliyinin dəstəyi, Türkiyə Sağlamlıq Turizmi Birliyinin (THTC) təşkilatçılığı, Denizli Valiliyi və Pamukkale Bələdiyyəsinin ev sahibliyi ilə II Beynəlxalq Termal Sağlamlıq Turizmi Sammiti keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sammitdə 52 ölkədən 260 nümayəndə və 250 Türkiyə sağlamlıq turizmi təsisatları iştirak edib. 

Azərbaycanı tədbirdə THTC Azərbaycan heyəti  ve Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının İdarə heyəti təmsil edib.

Zirvə öncəsi Pmakkaledə Bələdiyyə sədrinin dəstəyi ilə 52 ölkədən 300 nəfərin iştirakı ilə velosiped turu keçirilib.

Zirvə toplantısında Termal turizmin müasir inkişaf meylleri, yeni trendlər, ölkələrarası əməkdaşlıq və gələcək planlar müzakirə olunub.

THTC-nin təşəbbüsü ilə cari ilin oktyabrında Bakı və Gəncə şəhərlərində tibbi turizm konfransının həyata keçirilməsi qərara alınıb.