Bakıda ticarət mərkəzində bədbəxt hadisə - 28 yaşlı gənc öldü

bakida-ticaret-merkezinde-bedbext-hadise
Oxunma sayı: 10273

Paytaxtda ticarət mərkəzində lift təmiri zamanı 28 yaşlı işçi ölüb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən ticarət mərkəzindəki liftin təmiri zamanı 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalıb.

28 yaşlı gənc yerindəcə keçinib.

Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.