Bakıda ticarət mərkəzindən spirtli içkilər oğurlanıb

bakida-ticaret-merkezinden-spirtli-ickiler-ogurlanib
Oxunma sayı: 1352

Mayın 5-dən 18-dək olan müddətdə Bakının Neftçilər prospektində yerləşən ticarət mərkəzlərinin birindəki marketdən 715 manat dəyərində spirtli içkilər oğurlanıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Seymur Rzayev və Vahid Cəfərzadə olduqları məlum olub. Faktla bağlı araşdırma aparılır.